"Medera hospital"dan vəfat edən işçi ilə bağlı - AÇIQLAMA


Bu gün bir çox saytlarda Bakıda fəaliyyət göstərən "Medera Hospital"da plastik əməliyyat etdirən Aygün Abbasova adlı qadının vəfat etdiyi barədə məlumat yayılıb. Vəfat edən qadının "Medera Hospital"da qeydiyyatçı işlədiyi bildirilir.

Məlumata görə, sözügedən qadın bir neçə gün öncə elə həmin klinikada çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra qadın dünyasını dəyişib.

Hurriyyet.Az bildirir ki, AZXEBER.COM yayılan iddialarla bağlı "Medera Klinika" ilə əlaqə saxlayıb.

Klinikanın mövzu ilə bağlı rəsmi açıqlamasını təqdim edirik: 

Medera hospitalın hüquqşunası Xeyransa Babayeva tərəfindən hospitalın  işcisı mərhum Abbasova Aygünün qəfləti  ölümü ile bağlı məlumat vermək  istəyirik.

Açıqlamamız ondan ibarətdir ki, mərhum bizim 10 illik əməkdaşımız olub, çox etibarli, aktiv, işini bilən işçi olub və hospitalın kollektivi tərəfindən çox sevilib. 

Mərhumun 05.06.2023 tarixində vəfatı ilə bağlı mətbuatda xoşagəlməz şayiələr yayılıb.

Nəzərinizə çatdırmaq istiyirik ki, hazırda mərhumun ölüm səbəbi  ilə bağlı ekspertizanın rəyini gözləyirik. Rəy gəldikdən sonra mətbuata tam şəkildə açıqlama veriləcək. 

Sadəcə biz mətbuatın bu yanlış açıqlaması ilə bağlı bəzi məqamlara diqqət yetirməsini istiyirik, çünki mövzu çox həssas mövzudur. 

Mərhum öz qərarı ilə əməliyyat olmaq istəyib, Medera hospitalın əməkdaşı olduğu üçün əməliyyatı tam təmənnasız həyata keçirilib

Əməliyyat öncəsi müayinələrdən keçdikdən sonra əməliyyata qərar verib. Əməliyyatı fəsadsız keçib, əməliyyatdan sonra heç bir ağırlaşma olmayıb. Üç gün sonra evə yazılıb, lakin evində kiçik yaşlı uşağın olmasını əsas gətirərək 2 gün artıq qalmaq istədiyini bildirib. Əməliyyatın 6-cı günündə evdə dünyasını dəyişib. Təcili tibbi yardım işçiləri ölümün səbəbini trobemboliya qoyub.

Aygün Abbasovanin ölümü ilə bağlı əsaslandırılmamış, həqiqəti əks etdirməyən məlumatları yayan şəxslər və mətbuat orqanları barədə gələcəkdə məhkəməyə müraciət etməyimiz üçün əsas olacaqdır. Ona görə də sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yazarkən  və bu barədə fikir bildirərkən şəxslərin diqqətli olmasını xahiş edirik.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}