16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Türkiyənin paytaxtı Ankarada Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) raket və partlayıcı maddələr zavodunda partlayış və yanğın baş verib.
Sozcu.info xəbər verir ki, partlayış nəticəsində zavodun 5 əməkdaşı həlak olub.
Hadisənin saat 08.40 radələrində dinamit sexində baş verdiyi, sexdə böyük dağıntıların olduğu bildirilir. Bu barədə Petrol İş Ankara Şöbəsinin sədri Haluk Koşar məlumat verib. O, içəridə 5 nəfərin olduğunu, hazırda dağıntılar altında olanların axtarışlarının davam etdiyini bildirib.
Zavoda yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Hazırda yanğın söndürülüb. Zavodda böhran masası yaradılıb.
***
Türkiyə Milli Müdafiə Nazirliyi faciə nəticəsində 5 işçinin həlak olduğunu təsdiqləyib. Partlayışla bağlı məhkəmə və inzibati istintaqın başladıldığı bildirilib.
qafqazinfo.az