Şəhər və qəsəbələr suyun altında qaldı, evlər yıxıldı, ölənlər, itkinlər var


Sozcu.info TRT Haber kanalına istinadla xəbər verir ki, Cənubi Amerikada yerləşən Çili dövlətində iyunun 22-dən bəri yağan aramsız yağışlardan yaranan sellərdə itkin düşənlərin sayı 6 nəfərə çatıb. 2 nəfərin həlak olduğu bildirilir.

Verilən məlumata görə, indiyə qədər 2 502 ev yüngül, 895 ev ağır zədə alıb, 54 ev yerlə bir olub.

Paytaxt Santyaqodan 400 km məsafədə yerləşən Maule çayının daşması nəticəsində 10 min nəfərə yaxın əhali zərər çəkib. Konstitusion qəsəbəsindən sakinlərin köçürülməsi işləri aparılır. 2054 nəfər köçürülüb. 4077 nəfər evsiz qalıb.

Kaçapol çayının daşması nəticəsində Koltauka şəhərinin 80 faizi suyun altında qalıb. Yaxınlıqdakı Mauel və Lisanten qəsəbələri tamamilə sulara qərq olub.

Ölkənin şimalı ilə cənubunu birləşdirən avtomobil yolu bağlanıb.

Çili Prezidenti Qabriel Boriç seldən zərər çəkən rayonlara səfər edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}