18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
Bakı-Quba yolunda yük maşınının aşması nəticəsində ölənlərin sayı 2-yə çatıb.
"Report"un Şimal bürosu xəbər verir ki, Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində baş vermiş qəzada ağır bədən xəsarətləri alan sərnişin, Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü İbrahimov Nazim Zülfəli oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sürücü Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Musatafayev Bəhruz Vaqif oğlu hadisə yerində ölüb.
Hər iki şəxsin meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.