17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Ağcabədi rayon sakini, Nazim Abbasovun idarə etdiyi minik avtomobili qəfildən yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan ailə - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Əkbər Əbdülhəsənli və 2021-ci il təvəllüdlü Tuncay Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar. Sürücü N. Abbasov dünyasını dəyişib.
İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.\\APA