17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun intiharı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, iyulun 26-sı saat 17 radələrində Kürdəmir rayonu, Pirəköçə kənd sakini 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılmış atəş nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyəti açıqlama yayaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdi.