İstirahətə gedən ailənin 17 yaşlı oğlu faciəvi şəkildə öldü



Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.

Sozcu.info Report-a istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}