10 həndbolçu yoxa çıxıb - Müəmmalı hadisə


Xorvatiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında 10 həndbolçu itkin düşüb.
Burundi milli komandası Riyekadakı universitet şəhərciyini tərk edərək naməlum istiqamətə yola düşüb. Onları bir daja görən olmayıb.

Hadisənin gecə saatlarında deyil, gün işığında baş verməsi müəmmalı gəlib.
Burundi həndbolçuları 29-32-ci yerlər uğrunda turnirdə Bəhreynlə oynamalı idilər, lakin heyətdə cəmi üç nəfər qaldığından itkin futbolçuları olan komanda iştirakçılar siyahısından çıxarılıb.
İndi yerli polis idmançıları axtarır. Burundi həndbol federasiyasının rəhbəri baş verənlərdən şoka düşüb:

“Uşaqların valideynləri ilə daim əlaqə saxlayırıq. Xahiş edirəm, kim bacarırsa, oğlanları tapmaqda bizə kömək etsin. Onlarsız evə necə gedə biləcəyimizi təsəvvür edə bilmirəm”.\\ Ölkə.Az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}