DƏHŞƏTLİ HADİSƏ: Ana 2 oğlunu suda boğdu


Ukraynada Sopaçev kəndinin 42 yaşlı sakininin azyaşlı oğullarını suda boğmaqda şübhəli bilindiyi bildirilir. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Sfera.az bildirir ki, ana qəsdən uşaqları su anbarına apararaq əvvəlcə böyük oğlunu, sonra isə kiçiyini öldürüb.

Ana iki azyaşlı uşağı qəsdən öldürməkdə (Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur.

İstintaqla müəyyən edilib ki, 2023-cü il avqustun 23-də bir qadın 7 və 6 yaşlı uşaqlarını Varaş rayonunda keçmiş karxananın yaxınlığındakı su anbarına apararaq orada boğub.

Hüquq-mühafizə orqanları qadının böyük oğlunu suya batırdığını və müqavimət göstərənə qədər onu bu vəziyyətdə saxladığını müəyyən edib. Sahilə çıxaraq kiçik oğlunun əlindən tutub altında xeyli dərinlik olan taxta hörgüyə aparıb və üzə bilməyəcəyini bildiyi üçün onu suya itələyib. Qadın eyni platformada dayanıb və oğlunun boğulmasını izləyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını saxlayıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilib, ibtidai istintaq davam edir.

Öldürülən uşaqlar - 6 yaşlı Mixail və 7 yaşlı Daniil bu il Sopaçov adına liseyin birinci sinfinə getməli idilər. Uşaqların anası ötən ilin dekabrına kimi burada ingilis dili müəllimi işləyib. Həmkəndlilərin: “Onları niyə boğdun?” sualına, qadın: “Bu yer üzündə əziyyət çəkməsinlər”- cavabını verib.

Qeyd edək ki, Ukraynada müharibdə başlayandan bəri bu ilk belə fakt deyil. Bu ilin mart ayında Kiyevin Vişnevoe şəhərində qadın 2 aylıq körpəsini 5-ci mərtəbədən yerə atıb. Təcili yardım briqadası körpəni qısa müddətdə xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha əvvəl isə Kiyevdə bir ata 3 aylıq qızını eyvandan atmaqla hədələyib. Qonşular polisə müraciət edib. Hadisə yerinə gələn polis çoxmərtəbəli binanın 1-ci mərtəbəsinin eyvanında bir kişinin körpə uşağı qucağına alaraq onu bayıra atacağı ilə hədələdiyini müəyyən edib. Polis uşağı alaraq, sosial xidmətin nümayəndələri vasitəsilə göndərilməsinə nail olublar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}