Marneulinin bir kəndində qarət hadisəsinə cəhd olunub, bir neçə kənddə isə evlər daşlanıb

Marneuli bələdiyyəsinin Təzəkənd kəndində gecə saatlarında oğurluğa cəhd olunub. 

Sozcu.info 24News.ge xəbər portalına istinadən məlumat verir ki,   eyni saatlarda iki evə daxil olmaq istəyən soyğunçular vətəndaşların ayıqlığı nəticəsində ərazidən qaçıblar. Bildirilir ki, hadisədən biraz sonra bir neçə evin damı daşlanıb. Kənd sakinləri bundan sonra kəndin küçələrinə çıxaraq axtarış etsələr də, lakin heç bir nəticə əldə edə bilməyiblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub. Qeyd edək ki, bu gecə Ağməmmədli, Qaçağan və Araplı kəndlərində də bir neçə evin damı daşlanıb. Məlumat üçün bildirək ki, son bir aya yaxındır Marneuli Bələdiyyəsinin Kürüstü Kəpənəkçi, İlməzli, Birinci və İkinci Kosalı, Qaçağan, Təkəli və Ağməmmədli kəndlərində naməlum şəxs və ya şəxslər evlərə hücum etməyə cəhd göstərir, pəncərələri döyür, evlərin damını daşlayırlar.



Oxşar Xəbərlər

Xəbər lenti