16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Mərmərə dənizində ən azı 7 bal gücündə zəlzələ gözlənilir.
Sozcu.info xəbər verir ki, bunu türkiyəli akademik, məşhur geoloq Cəlal Şəngör deyib.
“Zəlzələnin 2 dəqiqə davam edə biləcəyini düşünürük. Əgər seysmik xətt Silivridən Çekmeceyə qədər qırılarsa, qorxacaq bir şey yoxdur, ancaq seysmik xətt Gebzə sahillərinə qədər uzanarsa, 7,5 bal gücündə zəlzələ meydana gətirər”, - geloq bildirib.
Digər türkiyəli geoloq isə zəlzələnin baş vermə tarixindən danışıb:
"İstanbula təsir edəcək böyük zəlzələ 2045-ci ildən əvvəl olmayacaq. Mümkün İstanbul zəlzələsinin 2045-ci ildən əvvəl baş verməsi təəccüblü olar".
axar.az