Arvadını qətlə yetirib özünü güllələdi


Yevlax rayonunda kişi həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Sozcu.info xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini olan Mehman adlı şəxs həyat yoldaşı, 1963-cü il təvəllüdlü Zinyət Əyyüb qızı Zamanovanı ürək nahiyəsindən bıçaqlayaraq öldürüb. O, daha sonra odlu silahla özünə atəş açaraq intihara cəhd edib.

Mehman Zamanov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti