Ailə başçısı cəbhədə sağ qalan, 5 üzvü evdə şəhid olan ailə...- FOTO


Ötən gün Vətən müharibəsinin ilk günü bir ailənin 5 üzvünün Ermənistan silahlı birləşmələrinin qurbanı olmasından 3 il ötüb.

“Qafqazinfo” xəbər verir ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar 2020-ci ilin sentyabrın 27-si toplarla Naftalan şəhəri Qaşaltı kəndini atəşə tutublar. Nəticədə həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyar həlak olublar.

Ailənin başçısı isə hərbçi olduğu üçün həmin an cəbhədə döyüşlərdə iştirak etdiyinə görə sağ qalıb.

Qeyd edək ki, Vətən müharibəsində 94 dinc şəxs erməni təcavüzü nəticəsində şəhid olub.

 

 





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}