Azərbaycanda dəhşətli hadisə: 5 nəfər yanğında həlak oldu - Video


Hacıqabul rayonunun Navahı kəndində yanğın baş verib. Sozcu.info APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində yaşayış evinin damı uçub. Hadisə zamanı 5 nəfər ailə üzvü də evdə olub. Qohumların dediyinə görə onlar yanğında həlak olub.

Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində Abışova Aybəniz Yolçu qızı (1981), Abışova Sara (1950), Sadıqova Zəhra Elçin qızı (2010), Sadıqov Elgün Elçin oğlu (2012), Mahmudov Mütəllim Əliyar oğlu (1943) yanğın nəticəsində həlak olub.

Daha 2 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}