Azərbaycanda Milli Qəhrəmanın qardaşı həbsdə öldü


Azərbaycanın Milli Qəhrəmanı, polis İmamverdi Əliyevin qardaşı Hənifə Əliyev həbsxanada vəfat edib.

Sozcu.info-nun Publika.az-a istinadən məlumatına görə, 2011-ci ildə yaşadığı İmişli rayonunun Qulubəyli kəndində bələdiyyə sədrinin oğlu Mirnahid Nağıyevi güllələyərək qətlə yetirən Hənifə Əliyev dünyasını dəyişib.

Bildirilir ki, H.Əliyev cəza çəkdiyi həbsxanada xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 2011-ci ilin 16 iyul tarixində H.Əliyev oğlu ilə birgə həmkəndlisi, yetkinlik yaşına çatmayan 1995-ci il təvəllüdlü Nağıyev Mirnahid Qalib oğlunu kustar üsulla hazırlanmış odlu silahla qətlə yetirib.

Mirnahid Nağıyev aldığı güllə yarası ilə İmişli Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

N.Nağıyev başından aldığı güllə yarasından dünyasını dəyişib. Qətl hadisəsi kənddə balıqçılıq təsərrüfatı üçün nəzərdə tutulan süni gölün yanında baş verib. Bundan sonra H.Əliyev və oğlu hər biri 13 il 6 ay həbs cəzasına məhkum edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}