23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Şəmkir rayonu Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü - 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.