Bakıda DƏHŞƏT: sevgilisinə işgəncə verdi, azyaşlı qızına təcavüz etdi


Bakıda qeyri-rəsmi yaşadığı qadına işgəncə verməkdə, azyaşlı qızını zorlamaqda təqsirləndirilən Saymur Şahalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Saymur Şahalıyev 15 il azadlıqdan məhrum edilib.

İttihama görə, Saymur Şahalıyev qeyri-rəsmi ər arvad olduğu qadına xüsusi işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb.

Bununla yanaşı o, qadının 9 yaşlı qızını zorlamaqda və azyaşlı oğlunu girov saxlamaqda təqsirləndirilir.

Təqsirləndirilən şəxs bununla yanaşı, qadının çılpaq video görüntülərini çəkərək onu ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb edib.

Qadın pulu verməkdən imtina etdiyi üçün o həmin çəkilişin diskinin qadının ərinə göndərib.\Teleqraf.com

1698242323_65391c5455ca865391c54.jpg (157 KB)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}