20 noyabr tarixi-Ağdam Şəhəri Günüdür

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” -  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev
23 iyul 1993-cü il tarixində işğal olunmuş Ağdam rayonu 20 noyabr 2022-də Müzəffər AlBaş Komandan İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində işğaldan azad olunmuşdur. Müharibədə məğlub olduğunu anlayan Ermənistan höküməti kapitulyasiya aktını imzalamağa məcbur oldu. 10 noyabr imzalanan bəyanatının 2-ci bəndinə əsasən Ağdam şəhəri və Ağdam rayonunun işğal altında hissəsi 20 noyabr 2020-ci il tarixində azərbaycana qaytarıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı ucaldıldı,dövlət himni səsləndirildi və Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olunduAğdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib: Əziz həmvətənlər mən sizi Ağdam rayonun işğaldan azad olunması münasibəti ilə təbrik edirəm. Əziz ağdamlılar siz artıq qaçqın deyilsiniz,siz artıq doğma ata – baba torpaqlarınıza qayıdacaqsınız. Sizi bu hadisə münasibətilə təbrik edirəm. Ağdam bizimdir, Qarabağ AzərbaycandırBeləlikləAğdamın 27 illik işğalına son qoyuldu
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

Gülnarə Hənifəyeva

Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}