16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Ağcabədi rayonunda qətl hadisəsi baş verib. Sozcu.info “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
İddiaya görə, əslən Ağdam rayonunun Mərzili kəndindən olan, 1969-cu il təvəllüdlü Ayaz Amanxan oğlu Səlimov həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovanı ailədaxili münaqişə zəminində qətlə yetirib. Bildirilir ki, kişi qadını mətbəxdə istifadə olunan ət baltası ilə öldürüb.
Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.