8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bencamin C. Koen
"Project Syndicate” (Çexiya)
Təxminən bir əsrdir ki, ABŞ dolları maliyyə dünyasının əsas təhlükəsiz sığınacağı kimi nəzərdən keçirilir. Lakin ABŞ prezidenti Donald Trampın 200 günlük xaosundan sonra dolların dəyəri azalıb, qlobal investorlar və mərkəzi banklar digər bazarlarda alternativlər axtarmağa başlayıb.
Son yüzillikdə heç bir digər valyutada yığılmış zənginlik üçün eyni dərəcədə təhlükəsizlik və likvidlik mümkün olmayıb. Keçmiş dövrlərində, ağıllı investorlar və ehtiyatlı mərkəz banklar ABŞ-ın Xəzinədarlığının istiqrazlarında deyil, dollar məzənnəsində aktivlərə etibar edirdi. Amma artıq vəziyyət dəyişib.
ABŞ prezidenti Donald Trampın xaotik idarəçiliyi dollarla bağlı inamı sarsıdıb. Milyonlarla insanın gözü qarşısında Tramp bir hökumətdən digərinə keçərək, o cümlədən Avstraliya və Almaniya kimi müttəfiqlərlə, döyüşə girişib. Bu yaxınlardan etibarən o, Şimali Koreya diktatoru Kim Çen Inla kəllə-kəlləyə gələrək dünyanı nüvə müharibəsinin astanasına gətirib-çıxarıb.
Dollar ciddi bir testlə üzləşir. Qlobal investorlar öz pullarını yüksək səslə "atəş və qəzəb" təhdidləri püskürən ölkəyə qoymağa davam edəcəkmi və ya maliyyə sığınacağını başqa yerdə tapacaqlar?
İkinci Dünya müharibəsindən sonra dolların təhlükəsizliyi şübhə doğurmurdu. Post-müharibə dövründə Amerikanın qeyri-adi böyük və inkişaf etmiş maliyyə bazarları misilsiz likvidlik vəd etdi. ABŞ hərbi hakimiyyətə malik olduğu üçün geosiyasi təhlükəsizliyi də təmin edə bilirdi. Heç bir ölkə qlobal maliyyə sistemini tələb olunan miqyasda təhlükəsiz, qiymətli və çevik investisiya aktivləri ilə təmin etməkdə daha yaxşı vəziyyətdə deyildi. 2012-ci ilin may ayında investisiya strateqi Keti A. Consun "New York Times”a dediyi kimi, "insanlar narahat olduqda, bütün yollar Xəzinədarlığa aparır".
2007-ci ildə ABŞ-da daşınmaz əmlak sahəsindəki köpüyün böyüməsi də buna bariz sübutdur. Hər kəs ABŞ-da maliyyə böhranı və tənəzzülün başladığını, ölkənin qlobal iqtisadiyyatın pis duruma düşməsində günahkar olduğunu söylədi. Bununla belə, hətta böhranın qızışdığı vaxt kapital dalğası ABŞ-ın bazarlarına axırdı və bu, ABŞ Federal Ehtiyatları Fondu və Xəzinədarlıq Departamentinə çevik təpki verməyə imkan yaradırdı.
Yalnız 2008-ci ilin son üç ayı ərzində ABŞ dollarının alqı-satqısı əvvəlki doqquz ayda satın alınanlardan üç dəfə çox oldu – o, 500 milyard dolları keçdi. Dəyərsizləşmədən uzaqlaşdıqca, dollar gücləndi. Xəzinədarlıq istiqrazları bazarı hələ də səmərəli fəaliyyət göstərən bir neçə maliyyə sektorundan biri sayılırdı. 2011-ci ilin ortalarından etibarən "Standard & Poor's” kredit reytinq agentliyi bildirdi ki, Xəzinədarlığın qiymətli kağızlarına ABŞ hökumətinin qısa müddətli yasağına baxmayaraq, xarici investorlar dollar almağa davam edir.
On il bundan əvvəl dollara tələbatın çox hissəsi qəribə qorxu ilə əlaqələndirilə bilərdi: heç kim pis şeylərin baş verəcəyini bilmirdi. ABŞ və Şimali Koreya arasında bugünkü qarşıdurma barədə də eyni sözü demək olar. Ancaq tarixi özünü təkrarlayacaq və dollarlara doğru sərmayəçi axını davam edəcəkmi?
Qısa cavab: buna ümid etməyin. Bazarlar aylar öncə Trampa etibarsızlığına işarə edib. Bu nöqtədə yeni bir böhran qorxusu, sərbəst dolaşın dollardan uzaqlaşmaya gətirib çıxara bilər, onda da ABŞ potensial hərbi münaqişə ilə yanaşı, dollar böhranı ilə mübarizəyə cəlb olunacaq.
Dolların böhran riski, keçən ilin noyabr ayında Trampın təəccüblü seçki zəfəri sonrasında həftələrdə minimal göründü. Əslində, keçən ilin sonunda kapital axınları, infrastruktur xərcləri şəklində böyük miqyaslı tənzimləmə, vergi kəsintiləri və fiskal stimulların gözləmələri və s. ucbatından dollar on ildən artıq olmayan səviyyəyə qədər gerilədi. Amma investorlar inanırdı ki, iqtisadi artım yaxşılaşacaq.
Ancaq Tramp administrasiyası indi qalmaqallar ilə dolduqdan sonra "Tramp bumu" ilə bərabər, dollara da inam buxarlanıb. Yeni administrasiyanın ilk 200 günü ərzində dollar dəyərinin demək olar ki, 10%-ini itirib. Tramp "tvit”lərlə cəfəngiyat paylaşarkən, sərmayəçilər digər bazarlarda, İsveçrədən Yaponiyaya qədər, alternativ təhlükəsiz sığınacaqları axtarırlar. Bu tendensiya Şimali Koreya ilə ABŞ-ın ən son mübahisəsindən əvvəl başlayıb, lakin bu, yalnız ilk damla idi. İndi bu damla dolları birbaşa zərər verən daşqın halına gəlməklə təhdid edir.
Əlbəttə ki, Tramp administrasiyası həqiqətən daha zəif dollar istəyə və digərlərinin qlobal təhlükəsizlik sığınacağı rolunu qəbul etməsinə imkan verə bilər. Lakin belə bir imtina tarixi cəhətdən – və təhlükəli – uzaqgörənsizlikdir.
Dolların dəyəri, məşhurluğu ABŞ-a "hədsiz imtiyaz" gətirir. İnvestorlar və mərkəzi banklar öz zənginliyini Xəzinədarlıq istiqrazlarında və digər ABŞ aktivlərində yerləşdirdikdə, ABŞ hökuməti dünyanın bir çox yerində təhlükəsizlik öhdəliyini təmin etmək üçün lazım olan hər şeyi sərf etməyə, ticarət və büdcə kəsirlərini maliyyələşdirə bilər.
Amma Tramp diqqətini bu üstünlüklərə deyil, qlobal ehtiyat valyutasının varlığının dəyərinə yönəldib. O, kapital qaçışından narahat olmadıqca "Amerikanı Böyük Etmə"yə ümid edə, xaricdəki mənfi bazar həssaslığını nəzərə almasa, daxili gündəmi qəbul edə bilməz.
Qlobal maliyyə sistemində hakim mövqeyini qurban verən Amerikanın "böyüklüyü”ndən heç nə qalmayacaq. Əgər Tramp dolları "başlı-başına qoyarsa”, böyük ehtimalla, buna təəssüflənəcək.
Tərcümə: Strateq.az