8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın Xocalı şəhərində baş vermiş qırğının yad edilməsinin 26-cı ildönümü münasibətilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi 1992-ci il cinayətində həyatını itirənlərin xatirəsini yad edib.
Virtualaz.org-un İƏT-in saytına istinadən məlumatına görə, baş katib vurğulayıb ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazisinin qeyri-qanuni işğalının nəticəsidir.
O, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım kimi qiymətləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilmiş qətnamələrə və İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib.
Daha sonra baş katib Azərbaycan Respublikasının, ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha bildirib.