AMEA prezidenti Mingəçevir İES-də baş vermiş hadisəyə münasibət bildirib

AMEA prezidenti Mingəçevir İES-də baş vermiş hadisəyə münasibət bildirib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisəyə münasibət bildirib.

A.Əlizadə AMEA magistrlərinin məzun günündə çıxışı zamanı bildirib ki, Mingəçevir İES-də baş vermiş hadisə Azərbaycan elminin energetika istiqamətində bir qədər inkişafını tələb edir.

AMEA prezidenti qeyd edib ki, Azərbaycan energetika elmi alimlərin diqqətində olmalıdır: "Azərbaycan energetikləri Mingəçevir İES-də bir blok sıradan çıxanda, ümumi enerji şəbəkəsinə zərər dəyməyən təhlükəsizlik sxemi yaratmalıdırlar”.

A. Əlizadə vurğulayıb ki, AMEA energetika sahəsinə ciddi diqqət yetirməlidir.



Oxşar Xəbərlər

Xəbər lenti