26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Bakıda 41 yaşlı kişi girov götürülüb.
Sozcu.info xəbər verir ki, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciət edərək oğlu, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarovun mayın 28-də paytaxtın M.Şərifli küçəsindən qaçırıldığını bildirib. O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirərək naməlum istiqamətdə aparıblar. Həmin şəxslər ondan övladını azad etmək üçün 10 min manat pul tələb ediblər. Qadın tələb olunan pulun 8 min manatını verib.
Daxil şikayət əsasında araşdırmalara başlanıb.