Qubada axtarışda olan keçmiş məhkum saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un Şimal bürosuna verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş Rauf Abasov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Quba RPŞ tərəfindən araşdırmalar aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}