10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Bu gün, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Dünən, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Eldar Mahmudovun “Koza Nostra”sındakı “baş briqadir”in məhkəməsi başlayır - cinayət dosyesi
İş üzrə 30 sahibkar zərərçəkəndir, onlardan 15 milyon qoparılıb
10 gün sonra, oktyabrın 11-də Baki Hərbi Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin və İstintaq Baş İdarəsinin tərkibindəki şöbənin rəisi olmuş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərovun cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. İş üzrə Eldar Mahmudovun şəxsi işverəni “Akula” ləqəbli Akif İsmayıl oğlu Mustafayev, Elçin Ağa Mamed oğlu Həsənov, Kazım Askari və digər bir neçə şəxs axtarışdadır. İstintaq MTN-in İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayevə “səhhətinə görə” ittiham elan etməmək qərarı verib!
Azərbaycanda Eldar Mahmudovun “Koza Nostra”sı necə bərqərar olub?
Cinayət dosyesində yer alan sənədlər, faktlar, sübutlarla tanış olanda Mövlam Şıxəliyev və onunla hakim qarşısına çıxarılacaq sabiq MTN-çilərin faktiki olaraq dövlətin içində yuva qurmuş mütəşəkkil cinayətkar quldur dəstəsi şəklində fəaliyyətləri göz önündə canlanır. İtalyan mənşəli amerikalı yazıçı Mario Pyuzo “Xaç atası” romanını qələmə alanda heç ağlına belə gəlməzdi ki, 19 əsrdə Siciliyada yaranan “Koza Nostra” (Azərbaycanca “Bizim işimiz”- E.M.) mafioz qruplaşmasının oxşarı 2000-ci ilin əvvəllərində milli təhlükəsizlik naziri postuna təyinat alan Eldar Mahmudovun rəhbərliyi altında Azərbaycanda formalaşdırılacaq. İş bölgüsü də fərqli olmayacaq.
Sahə müvəkkili Mövlam Şıxəliyev “baş briqadir” postuna gətirilir...
Özünü “Koza Nostra”dakı “Xaç Atası”na çevirən Eldar Mahmudov qısa zamanda bandanın işini təşkil edib. “Baş briqadir” postuna keçmiş sahə müvəkkili Mövlam Şıxəliyevi gətirib. Ondan aşağıda briqadirlər - idarə rəisləri, iş icraçıları - müstəntiqlər, məhkəmə tibb ekspertləri, işverənlər, növbətçi prokuror və hakimləri yığıb. Banda beləcə əl-ələ verib genişlənib, illərlə dövlətin gücündən istifadə etməklə iş adamlarını maddi, mənəvi terrorla üz-üzə qoyub. Beləcə iş adamlarından milyonlarla manat zor gücünə qoparılıb “obşak”a yönəldilib. “Obşak”a daha çox pul daşıyan, pulun alınması üçün canfəşanlıq edən banda üzvləri Xaç Atasının gözündə daha çox hörmətə sahib olub, vaxtından əvvəl rütbələr alıb, daha çox qazanc əldə ediblər.
30 iş adamı zərərçəkəndir, onlardan 15 milyon qoparılıb
"Baş briqadir"in cinayət dosyesində 30 iş adamı zərərçəkən qismində keçir. Banda üzvləri onlardan üst-üstə 15 milyon manatdan artıq vəsait alıblar.
Saxta ittihamlar bir qayda olaraq həmin dövrdə baş prokurorun 1-ci müavini postunu tutan Rüstəm Usubovun imzası ilə təsdiqlənib. MTN-dən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən belə saxta-qondarma işlərə bir qayda olaraq vaxtilə MTN-də müstəntiq vəzifəsində çalışmış Novruz Kərimov, Faiq Qəniyev və digər hakimlərin “yüngül əli” ilə ittihamedici hökmlər alınıb. Cəzası 5 il 6 ay, 10 il 6 ay. 11 il 6 ay və belə 6 ay “quyruğu” olan müddətlərdə cəza alan iş adamlarını sonrakı məhkəmə instansiyaları da azad etməkdən çəkinib. Belə hökmlərdən sonra azadlığa çıxmaq müşkül olub. “Quyruqlu” - yəni 6 ay əlavə cəza müddətli hökmləri alanlar “zəngdən zəngə” qədər cəzaçəkmə yerlərində cəzalarını tam şəkildə başa vurmalı olublar.
Barmaqlarını yuxarı qaldırıb deyirdilər ki, nazir tapşırıb, 100 mindən aşağı almayın!
“Koza Nostra”nın istintaq-məhkəmə labirintindən çıxmaq istəyən, istintaq və ya məhkəmə dövründə “ağıllanan” iş adamlarını bandadakı məhkəmə tibb ekspertlərinin rəyini əsas tutmaqla azad ediblər. Cinayət dosyesində adı zərərçəkən kimi keçən iş adamlarının hər birinə belə rəy alınıb.
Cinayət dosyesini vərəqləyərkən çox maraqlı bir detal diqqətimizi çəkdi. Alınan məbləğlər 100 mindən üzü yuxarı idi. Heç bir günahı olmayan biri 3-5 min “şirinlik”lə canını bandadan qurtarmaq istəməyib yəni? Maraqlandıq, cavab da qısa oldu: 20-30 min verib oradan çıxmaq mümkün deyildi. Barmaqlarını yuxarı qaldırıb deyirdilər ki, nazir tapşırıb, 100 mindən aşağı almayın! İş materiallarında zərərçəkənlərdən ən az məbləğlə - 100 min dollarla “Koza Nostra”dan yaxasını qurtaran Zaur Əliyevdir. Ən böyük məbləğ isə “Texnikabank” Etibar Əliyevən alınıb - 3 milyon manat.
2015-ci ildə “Koza Nostra” ifşa olunur, Təhsin Ağayev sanitar qovşaqda özünü asır
Zərərçəkənlər dəstənin ən aktiv iştirakçısı kimi “torpedo” adlandırdıqları Mövlam Şıxəliyevin müavini Təhsin Ağayevin adını çəkirlər. Deyirlər ki, o, “Xaç Atası”nın, “baş briqadir”in göstərdiyi etimadı doğrultmaq üçün Mahmudovun cinayətkar yuvasına çevrilən MTN-ə gətirilən iş adamlarına xüsusi qəddarlıq göstərib. Yuxarı vəzifəyə getmək, rütbəsini artırmaq istəyini də heç vaxt gizlətməyib.
Təhsin Ağayev bu gün azadlıqdadır. “Koza Nostra”nın əlinə keçən iş adamlarına - Azərbaycan vətəndaşlarına xüsusi qəddarlığına rəğmən, günahsız insanların əli qandallı cəzəçəkmə yerlərinə göndərilməsinə yol açsa da, ortalıqda gəzir. Zərərçəkənlər deyirlər ki, onun bu gün azadlıqda olmasının maraqlı tarixçəsi var. Təhsin Ağayev 2015-ci ilin oktyabrında “Koza Nostra” ifşa olunub “Xaç Atası” - Eldar Mahmudov ev dustağına çevrildikdən bir az sonra ona da növbə çatacağının fərqində olub. Cəzaçəkmə yerlərində ora yolladığı onlarla günahsız insanlarla qarşılaşacağı qorxusu onu intihar cəhdinə sürükləyib. Elə MTN-in binasındaca sanitar qovşağa girən idarə rəisinin müavini orada qalstukunun bir ucunu pəncərənin məhəccərinə bərkidib və özünü asıb. Lakin onu xilas ediblər, ölümün pəncəsindən alıblar. Üst-başı su içində sanitar qovşaqdan çıxarıb MTN binasından uzaqlaşdırıblar. Həmin gündən sonra ona binanın həndəvərinə yaxın gəlmək belə yasaqlanıb.
Mövlam Şıxəliyev Akif Çovdarov kimi azad edilə bilərmi?
Bu gün yalnız “baş briqadir” - Mövlam Şıxəliyev həbsdədir. Bu baxımdan aparılan istintaq suallar doğurur. Qalanları - “torpedo”lar isə azadlıqdadır. Bu cinayət dosyesinin taleyinin Akif Çovdarovun cinayət dosyesindən fərqlənəcəyinə ümidlər çox azdır. Mövlam Şıxəliyevi bu gedişlə 10-12 il müddətinə “mükafatlandırıb” təmtəraqla cəzaçəkmə yerinə “istirahətə” yollayacaqlar. O da növbəti 3-4 ili oralarda keçirib azadlığa çıxacaqmı?
Gedişat onu deməyə əsas verir ki, adamlar tezliklə yaxalarını Azərbaycan dövlətinin əlindən ala biləcəklərinə arxayındırlar. Üstəlik, zərərçəkmişlərdən alınan pullar qaytarılmadan ortada it-bata salınır.
Çingiz Əsədullayevin “AG Bank”ı “Koza Nostra”nın “obşak”ı olub!
Zərərçəkənlərdən alınan pulların geri istənilməsi proseduru isə faktiki olaraq işlək deyil. Kimsə qanunla “Koza Nostra” üzvlərindən pulunu ala bilməyəcək.
Mövlam Şıxəliyevin oğlundan pullarını geri istəyənlərə o, pulları “yuxarı” verdiklərini gizlətmir, yaxasını kənara çəkir. Banda fəaliyyətdə olduğu dövrdə “obşak”ın pulları eks deputat, Eldar Mahmudovun yaxın dostu Çingiz Əsədullayevin bankı - “AG Bank”a toplanıb və oradan xaricdəki hesablara ötürülməklə izləri itirilib. Cinayət dosyesində isə “AG Bank”ın rəhbəri Çingiz Əsədullayevin şahid qismində belə dindirilməsi əksini tapmır!
Məsələn, cinayət dosyesi üzrə zərərçəkmiş, “Santexmax” MMC-nin sahibi olan iş adamı Əhməd Mirzəyevi Təhsin Ağayev və digər banda üzvləri şərləyiblər. Qaçaqmalçılıq yolu ilə ölkəyə əntiq əşyalar gətirməsi bəhanəsi ilə həbs ediblər. Təhsin Ağayev Əhməd Mirzəyevdən ilkin olaraq 500 min manat istəyib. Əhməd Mirzəyev isə tələb olunan məbləğə sahib olmadığını deyib.
Cinayət dosyesindən belə aydın olur ki, Mövlam Şıxəliyevin müavini Təhsin Ağayev əli qandallı, təcridxanada olan dustaq Əhməd Mirzəyevi razı salmaq üçün günlərlə dilə tutub. 1 aya yaxın girovluqda saxlanılan Əhməd Mirzəyevdən məbləği bu şəkildə ala bilməyəcəklərini dəqiqləşdirəndə taktikanı dəyişiblər. Əhməd Mirzəyevə deyiblər ki, 500 min manat əvəzinə 500 min dollar versə, yəni o dövrün məzənnəsi ilə 375 min manat ödəsə, azadlığa çıxa bilər. Lakin Əhməd Mirzəyev deyib ki, tələb olunan məbləğdə vəsaiti yoxdur. Bir müddət sonra Təhsin Ağayev Əhməd Mirzəyevə xəbər verib ki, onu azad etmək üçün yol tapıblar.
İş adamına məxsus, Bakıda yerləşən “Kormçi” restoranı “Koza Nostra”nın “obşak”ı sayılan “AG Bank”a girov qoyub 275 min manat kredit alıblar. Çatışmayan 100 min manatı da Əhməd Mirzəyevin yaxınlarını ödəməyə razı salıblar. Beləcə Əhməd Mirzəyev 27 gün MTN təcridxanasında saxlanılandan sonra bandadakı məhkəmə tibb eksperti “səhhəti həbsdə saxlanılmağa imkan vermir” rəyini verib və o, istintaq dövründə azad edilib.
Amma banda üzvləri ittihamı da geri çəkməyiblər. Qaçaqmalçılıq ittihamı ilə barəsindəki qondarma cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsinə, oradakı öz hakimlərindən olan Əfqan Hacıyevə ötürüblər.
Əhməd Mirzəyev istintaqa ifadəsində bildirib ki, Əfqan Hacıyev ondan 100 min dollar tələb edib, əvəzində şərti cəza veriləcəyini bildirib.
Hakim iş adamına deyib ki, “sənə bəraət verə bilməyəcəyəm, ancaq səni şərti məhkum etmək üçün bu qədər pul lazımdır”. İş adamı iddia edir ki, aralarındakı razılaşmaya əsasən 70 min manatı alandan sonra Əhməd Mirzəyevə 5 il şərti cəza təyin edib.
Lakin “baş briqadir” Mövlam Şıxəliyev bundan sonra da Əhməd Mirzəyevdən əl çəkməyib. Sürücüsünü ara-sıra onun “Santexmax” mağazasına göndərməklə kafel-metlax alıb, pulunu isə ödəməyib. Həbsindən sonrakı 5 il ərzində Əhməd Mirzəyevin mağazasından Mövlam Şıxəliyevin imarətlərinə 26 min manatlıq kafel-metlax daşınıb. İş adamı pulu ödənməyən həmin kafel-metlaxın qaimələrini də istintaqçılara təqdim edib.
Üzərinə həbs qoyulan əmlaklarının ümumi dəyəri 20 milyon manatı aşır!
Cinayət dosyesinin içində "baş briqadir"in barəsində maraqlı bir sənəd - əmrdən çıxarış var. Məlum olur ki, MTN-dəki vəzifəsinə təyinat alana qədər sahə müvəkkili olmuş Mövlam Şıxəliyevin adında cəmi 1 ev olub. Baş briqadir olduğu dönəmdə isə o, böyük bir siyahılıq əmlaka sahiblənib. İşin içindəki əmlak siyahısından belə aydın olur ki, təkcə müəyyən edilərək üzərinə həbs qoyulan əmlaklarının ümumi dəyəri 20 milyon manatı aşır.
Oxşar Xəbərlər
Mövlam Şixəliyevin cinayət işi məhkəməyə göndərilib
MTN generalı şantaj yolu 32 nəfərdən rüşvət alıb - Adlar
Generalın şantajla rüşvət aldığı şəxslərin SİYAHISI
Məhkəmə Eldar Mahmudova qarşı cinayət işinin qaldırılmasını tələb etdi
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…