Astarada gözətçi intihar edib

Astara rayonunda 42 yaşlı şəxs özünü asıb.
Sozcu.info-un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Astara dəmiryolu stansiyası ərazisində, Kələdəhnə deyilən yerdə qeydə alınıb.
Belə ki, stansiyada gözətçi işləyən rayonun Maşğan kənd sakini Radiq adlı şəxs intihar edib. Hadisənin təfərrüatı məlum deyil.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti