Lənkəranda 9 narkotacir saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Taris Nağızadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb. Araşdırmalarla T.Nağızadənin Lənkəran şəhəri ərazisində bir evdən 600 manat pul oğurladığı da müəyyən edilib. Bununla yanaşı, həmin şəxsin özünü tibb işçisi kimi təqdim edərək müəyyən pul müqabilində “COVID-19” pasportu verəcəyi bəhanəsi ilə bir nəfər rayon sakinini aldatdığı da müəyyən edilib. Onun bu kimi əməllərindən zərərçəkən digər şəxslər varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur.
DİN-dən Musavat.com-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb. Aparılan araşdırmalarla onun rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində televizor oğurladığı da müəyyən edilib
4a9a293f-02fb-49c2-858d-4ecb6340ec33.jpg (112 KB)


Oxşar Xəbərlər

Xəbər lenti