Bakıda danışmaq adı ilə 10 nəfərin telefonunu ələ keçirən şəxslər saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edən əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Onun müxtəlif vaxtlarda paytaxtın bir neçə rayonunda insanlara yaxınlaşaraq danışmaq adı ilə onların mobil telefonunu alıb daha sonra qaytarmayaraq ələ keçirdiyi müəyyən edilib. S.Əliyevin aldadığı şəxslər arasında məktəblilər də olub. Onun zərərçəkənlərə 5 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Nizami rayonunda quldurluq, Nərimanov rayonunda isə soyğunçuluq etdiyi üçün axtarışda olduğu məlum olub.
Faktlarla bağlı S.Əliyev barəsində 16-Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün istintaqa göndərilib.
"Onun paytaxt ərazisində başqa şəxslərə qarşı analoji cinayətlər etdiyi istisna olunmur. Samir Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına məlumat verə bilərlər", - məlumatda qeyd edilib.


Oxşar Xəbərlər

Xəbər lenti