Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

Qobustan rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elnur Rasulovun cinayət işi icraata verilib.
Sozcu.info xəbər verir ki, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən il martın 28-də Qobustan rayonunda qeydə alınıb.
Belə ki, Qobustan şəhər sakini E.Rasulov ailə münaqişəsi zəminində həyat yoldaşı Billurə Rəsulovanın bıçaqla qətlə yetirib.
Daha sonra o, bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib.
Keçirilən əməliyyat tədbirləri zamanı E.Rasulov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Oxşar Xəbərlər

Xəbər lenti