Müəllimlərdən pul yığan direktora cinayət işi başlanıldı

Azərbaycanda məktəb direktoruna qarşı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, məktəb direktorunun səs yazısının yayılması bağlı araşdırma aparılıb.
Araşdırmalarla Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbin müəllimlərindən dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.
Pravda.az


Oxşar Xəbərlər

Xəbər lenti