Bakıda qaynını güllələyərək öldürən şəxslə bağlı YENİ XƏBƏR

Bakıda qətl törətməkdə təqsirləndirilən Taryel Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, ötən il dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qaynı Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Oxşar Xəbərlər

Xəbər lenti