Atasını balta ilə qətlə yetirən şəxsə 10 il həbs cəzası verilib

Qubada atasını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Rəvan Ramazanova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sozcu.info-nun xəbərinə görə, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci iyunun 9-da Quba rayonu Sofikənd kəndində qeydə alınıb.
Belə ki, R.Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı balta ilə atası Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, mübahisəyə səbəb S.Ramazanovun oğlunun atını döyməsi olub.


Oxşar Xəbərlər

Xəbər lenti