Ət qiymətləri rekord səviyyəyə çatdı
Bayramov Dauti ilə görüşdü
"Qudalar agentliyi" su sistemini necə çökdürür:
şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər
Rəqsanənin ərinə də cinayət işi açıldı -
Ölkədən çıxa bilməz
Perinatal mərkəzlə bağlı şok ifadələr...
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Binəqədi İcra Hakimiyyətinin mühəndisi milyonçu imiş -
Sənəd
Ali Məhkəmə əsassız tikinti məsələsinə izah verdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir
Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi
Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz
Əvvəlki
Sonrakı
Trampın planı dərc edildi
18-08-2025, 13:24
KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır
4-08-2025, 08:32
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
13-07-2025, 14:49
NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR –
Biabırçı olay + FOTO
4-07-2025, 23:20
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
3-07-2025, 22:15
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bakıda keçmiş polis işçisi hansı məmurların adından istifadə edib? –
ŞOK TƏFƏRRÜAT
Bakıda dələduzluq etməkdə və vəzifəli şəxsi rüşvət verməyə təhrik etməkdə ittiham olunan sabiq polis işçisi, 1991-ci il təvəllüdlü Rəşadın məhkəməsi başa çatıb.
Sozcu.info teleqraf.com-a istinadla xəbər verir ki, istintaq orqanı tərəfindən Rəşadın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.
Rəşadın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2011-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin Xətai rayon Mühafizə idarəsində mülki mühafizə polisi işləyib: “2013-cü ildə əmək intizamını pozduğuna görə vəzifəmdən azad edildim. Daxili İşlər Nazirliyində işdən azad edildikdən sonra müxtəlif işlərlə əsasən ticarətlə məşğul oldum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ildə Gülnar ilə tanış olub və onunla səmimi münasibətləri yaranıb: “2019-cu ilin noyabrında Gülnar mənə Kəmalə adlı rəfiqəsinin qohumunun Bakı şəhəri Maştağa qəsəbəsində yol nəqliyyat hadisəsi törətdiyini və nəticədə bir nəfər şəxsin öldüyünü bildirdi. Bu məsələdə Kəmalənin qohumu Vidadi adlı şəxsə köməklik etmək lazım olduğunu dedi. Mən də yol nəqliyyat hadisəsi törətmiş şəxsə köməklik edə biləcəyimi bildirdim. Ondan sonra 2019-cu ilin noyabrında Vidadinin atası Ağəddin mənə zəng etdi, görüşmək istədiyini bildirdi”.
Rəşad qeyd edib ki, Ağəddinlə birinci dəfə 2019-cu ilin noyabrında Xətai rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkda görüşüb: “Ağəddin mənə oğlu Vidadinin 2019-cu ilin sentyabrında Maştağa qəsəbəsində qəza törətdiyini və nəticədə bir nəfər kişinin vəfat etdiyini dedi. Ağəddin zərərçəkən tərəfin şikayətçi olduğunu və barışmaq fikirləri olmadığını bildirdi. Belə olan halda Ağəddinə ilk növbədə şikayəti dayandırmaq üçün qarşı tərəflə söhbət edib, onları yola gətirmək lazım olduğunu dedi. Bir müddət sonra Gülnarla telefon əlaqəsi saxladım, Vidadinin məsələsini 30.000 manata həll edə biləcəyim barədə Ağəddinə məlumat verməsini bildirdim. Gülnar da Ağəddingillə əlaqə saxladı, danışdıqdan sonra mənə zəng etdi, Ağəddinin 30.000 manata işin həll olunmasına razılıq verdiyini bildirdi. Gülnara Ağəddinin pulu ona verməsini, pulu ondan götürəcəyimi dedim. 2019-cu ilin noyabrında Ağəddin Gülnara səhv etmirəmsə ya 15.000 ya 20.000 manat verib. Həmin pulu Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində yerləşən ofisimdə Gülnardan götürdüm. Pulu götürərək zərərçəkmiş tərəfin qohumlarının yanına getdim. Söhbət edərək barışıq təklifi etdim. Lakin barışmaq istəmədiklərini bildirdiklərinə görə geri qayıtdım. Bir müddətdən sonra Ağəddin ikinci dəfə ya 10.000 ya 15.000 manat Gülnara pul verdi. Gülnarın işlədiyi Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində yerləşən ofisimdən Gülnardan həmin pulu götürdüm”.Rəşad qeyd edib ki, ilk əvvəl zərərçəkənlərə müəyyən qədər pul verdikdən sonra onların şikayətinin qarşısını aldıqdan sonra işin həll edilməsi istiqamətində hərəkət etməsi barədə fikirləşsə də, bir neçə dəfə zərərçəkənlərlə söhbət etməyinə baxmayaraq onlar razılaşmayıblar: “Vəziyyətin belə olduğunu görərək zərərçəkən tərəfə daha artıq pul təklif edilsə, bəlkə şikayətdən əl çəkəcəklərini düşündüm. Ona görə 2019-cu ilin səhv etmirəmsə noyabr ayının sonlarında Ağəddinə zəng etdim, işin həll edilməsi üçün əlavə 60.000 manat pul lazım olduğunu dedim. Ağəddin də həmin məbləğin çox olduğunu bildirdi, qeyd edilən məbləği yığması üçün müəyyən qədər vaxt istədi. 2019-cu ilin dekabrında Ağəddin mənimlə telefon əlaqəsi saxladı, pulun müəyyən hissəsini düzəltdiyini bildirdi. Ona pulu Gülnara verməsini dedim, pulu Gülnardan götürəcəyimi bildirdim. 2019-cu ilin dekabrında Ağəddin səhv etmirəmsə iki dəfəyə Gülnara 60.000 manat verdi. Mən də pulu Gülnardan götürdüm”.
Rəşad bildirib ki, 2020-ci ilin fevralında məhkəmə tərəfindən Vidadi 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib: Ondan sonra da Vidadinin həbsdən azad edilməsinə görə Ağəddindən yenə eyni yerdə xatırlamadığım tarixdə 10.000 manat pul aldım. Lakin Vidadinin məhkəmədə olan işini həll edə bilmədim. Aldığım pulları da anam Reyhan Heydərovanın şəkər xəstəliyi ilə bağlı müalicələrə və şəxsi ehtiyaclarına xərclədim. Həmin puldan hər hansı bir vəzifəli şəxsə pul verməmişəm”.
Cinayət işi üzrə dindirilən Ağəddin Nəciyevin sözlərinə görə, oğlu Vidadi 24 sentyabr 2019-cu ildə Maştağa qəsəbəsində özünə məxsus “Mercedes” markalı avtomobillə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədib: “Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. Həmin hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsində istintaq aparıldı və cinayət işi Sabunçu rayon Məhkəməsinə göndərildi. İstintaq müddətində oğlum həbs edilmədi, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildi. Zərərçəkmiş şəxsin qohumları ilə dəfələrlə barışmaq üçün danışıqlar aparsam da, onlar buna razı olmadılar”.
Ağəddin bildirib ki, 2019-cu ilin noyabrında oğlu Vidadinin nişanlısı Nərgizin anası Kəmalə rəfiqəsi Gülnarın Daxili İşlər Nazirliyində işləyən tanışı olduğunu bildirib, Vidadinin barəsində olan cinayət işində ona köməklik edə biləcəyini deyib: “Kəmalə ilə razılaşaraq həmin şəxslə görüşmək istədiyimi bildirdim. Ondan sonra Kəmalə Gülnarla bu barədə söhbət etdi. Mən qardaşım Ağamirlə birlikdə Gülnarla görüşüb, bu barədə danışmaq qərarına gəldik”.
Ağəddin deyib ki, 2019-cu ilin noyabrında Gülnara zəng edib və özünü Kəmalənin qohumu kimi təqdim edib: “Onunla oğlumun məsələsi ilə bağlı görüşmək istədiyimi bildirdim. Gülnar razılıq verdikdən sonra qardaşım Ağamirlə birlikdə Gülnarın həmin vaxt işlədiyi Nərimanov rayonu F.Xoyski küçəsində 5 nömrəli xəstəxanaya çatmamış 5 mərtəbəli binanın zirzəmisində yerləşən ofisində görüşdük. Görüş zamanı oğlum Vidadinin yol nəqliyyat hadisəsi törətdiyini bildirdim, ona məhkəmədə köməklik edilməsini xahiş etdim. Gülnar polisdə işləyən Rəşad adlı tanışı olduğunu bildirdi, bu məsələdə köməklik edə biləcəyini dedi. Gülnar tanışı Rəşadın Vidadinin məhkəmə prosesi zamanı həbs edilməməsini təmin edəcəyini və şikayətçilərin şikayətinin qarşısını alacağını söylədi. Bir müddət sonra Gülnar Rəşadla əlaqə saxladı, onu iş yerinəçağırdı. Rəşad gələrək bizimlə görüşdü və narahat olmamağı bildirdi, Vidadinin həbs olunmayacağını dedi. Zərərçəkmiş şəxslərə verilməsi ilə bağlı 15.000 manat istədi”.
Ağəddin deyib ki, Rəşadla razılaşıb və 2019-cu ilin noyabrında onun tapşırığına əsasən 15.000 manatı Gülnara verib: “Həmin vaxt yanımızda qardaşım Ağamir də olub. Həmin gün Rəşadla telefon vasitəsi ilə əlaqə saxladım, 15.000 manatı Gülnara verdiyimi bildirdim. O da həmin pulu Gülnardan götürdüyünü söylədi, narahat olmamağımı dedi. 15.000 manat pulu Gülnara verdikdən 1 həftə sonra Rəşad zəng etdi, cinayət işinin Ağır Cinayət Məhkəməsinə getməməsi üçün əlavə 10.000 manat vermək lazım olduğunu bildirdi. Rəşadla razılaşdıqdan sonra həmin pulu da Gülnara verməyimi bildirdi. 2019-cu ilin noyabrında oğlum Vidadi nişanlısı Nərgizlə birlikdə Gülnarın iş yerinə getdik, orada 10.000 manat pulu ona verdik. Sonra Rəşadla əlaqə saxlayanda pulu Gülnardan götürdüyünü, işin həll olunması istiqamətində danışıqlar apardığını bildirdi”.
Ağəddin bildirib ki, 2019-cu ilin noyabrın sonlarında Rəşad ona zəng edib və işin həll olunması, yəni Vidadinin həbs edilməməsi üçün daha 60.000 manat pul tələb olunduğunu bildirib: “Rəşada 60.000 manatın çox olduğunu, həmin məbləği düzəldərək verə bilməyəcəyimi dedim. Rəşad 60.000 manat verilməsə, işi həll edə bilməyəcəyini dedi. Belə olan halda “Mercedes” markalı avtomobilimi 10.000 manat satdım, qalanını özüm və borc alaraq 40.000 manat topladım. 2019-cu ilin dekabrında Rəşadla danışdım, ilkin olaraq 40.000 manat bir müddətdən sonra isə qalan 20.000 manatı düzəldərək verə biləcəyimi dedim. Rəşad razılaşdıqdan sonra onun tapşırığına əsasən 2019-cu ilin dekabrında Gülnarla onun iş yerində görüşdük. 40.000 manat pulu ona sayaraq verdim. Həmin gün Rəşadla telefon əlaqəsi saxladım, bu barədə məlumat verdikdə o pulu Gülnardan götürdüyünü bildirdi”.
Ağəddin deyib ki, 2019-cu ilin dekabrın sonunda 20.000 manat da düzəldib və həmin məbləği də Rəşadın tapşırığına əsasən Gülnarın iş yerində ona verib: “Sonradan Rəşadla telefon əlaqəsi saxlayan zaman pulu Gülnardan götürdüyünü bildirdi. 2020-ci ilin fevralında oğlum Sabunçu rayon Məhkəməsi tərəfindən həbs edildi. Bununla bağlı Rəşadla əlaqə saxladım. Rəşad Bakı Apellyasiya Məhkəməsində Vidadini buraxdıracağını bildirdi. Bir müddətdən sonra Rəşad mənə zəng etdi, Vidadinin Bakı Apellyasiya Məhkəməsində həbsdən azad edilməsinə görə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi üçün yenidən 10.000 manat pul lazım olduğunu bildirdi. 2020-ci ilin mayında Xətai rayon İcra Hakimiyyətinin yaxınlığında parkda Rəşadla görüşdük, şəxsən ona 10.000 manat verdim. Beləliklə də hissə-hissə Gülnar vasitəsilə və şəxsən Rəşada 95.000 manat pul versəm də, o oğlum Vidadinin barəsində Sabunçu rayon Məhkəməsində olan cinayət işini həll edə bilmədi. Oğlum həbs edildi”.
Ağəddin bildirib ki, təqsirləndirilən şəxs pulları zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edilməsi adı altında alıb, lakin həmin pulları kimə verəcəyindən onun məlumatı olmayıb.İş üzrə şahid qismində ifadə verən Kəmalənin sözlərinə görə, 1997-ci ildə Naim Həsənovla evlənib, həmin nikahdan 2 qızı övladı var: “2009-cu ildə Naim Həsənovla boşandım. 2019-cu ildə İraq Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Al-Yasır Qasimi ilə evləndim. Qasımla evlənmək üçün 2019-cu ilin sentyabr ayında ASAN xidmətə müraciət etdim. Nərimanov rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olduq. Evləndikdən sonra Qasıma müvəqqəti yaşayış hüququ almaq lazım oldu. Lakin kirayədə qaldığıma görə və qeydiyyatı Xətai rayon polis idarəsinin yerləşdiyi ünvan olduğuna görə Qasımı qeydiyyata salmağa ünvan lazım oldu. Mən və Qasımın müvəqqəti yaşayış hüququ alınması üçün Miqrasiya xidmətinə müraciət etdikdə orada mənə hazırda üzünü və ad soyadını xatırlamadığım bir xanım işçi Gülnar adlı bir xanımın Qasımın müvəqqəti yaşayış hüququ ilə bağlı köməklik edə biləcəyini dedi. Mobil nömrəsini aldım və Gülnara zəng etdim. Gülnar mənə Xətai rayon ərazisində yerləşən 2 Saylı ASAN xidmətin yerləşdiyi “AMAY”ın binasının 4-cü mərtəbəsində ofisi olduğunu bildirdi, ora gəlməyimi dedi. Qasımla 2019-cu ilin sentyabr-oktyabr ayında Gülnarın ofisinə getdik. Gülnar Qasıma 3 aylıq müvəqqəti yaşayış hüququ verilməsi işini həll edəcəyini bildirdi. Sonradan da qeyd edilən məsələni həll etdi, Qasıma 3 aylıq yaşayış hüququ verildi”.
Kəmalənin sözlərinə görə, 2019-cu ilin sentyabrında qızı Nərgizin nişanlısı Vidadi Maştağa qəsəbəsində qəza törədib və nəticədə bir nəfər ölüb: “Ondan sonra Vidadinin atası Ağəddin Vidadiyə köməklik edilməsi üçün adam axtarmağa başladı. Gülnarla danışıqlarımın birində ona belə bir hadisənin baş verdiyini dedim. Gülnar Rəşad adlı polis tanışı olduğunu bildirdi, Rəşadın hüquq mühafizə orqanlarında tanışları olduğunu və Vidadiyə köməklik edə biləcəyini söylədi. Mən də bu barədə Vidadinin atası Ağəddinə dedim. O, Gülnarla bu barədə söhbət etmək istədiyini bildirdi. Ağəddinə Gülnarın mobil nömrəsini verdim və bu barədə onunla söhbət etməsini dedim. Bir müddətdən sonra Ağəddin mənə zəng etdi, Gülnarla görüşərək söhbət etdiyini və Vidadiyə köməklik ediləcəyini bildirdi”.
Kəmalə deyib ki, bir müddətdən sonra, yəni 2020-cu ilin fevralında Sabunçu rayon Məhkəməsi tərəfindən Vidadi həbs edilib: “Ağəddinlə əlaqə saxladım, məsələnin niyə belə nəticələndiyi ilə maraqlandım. Ağəddin Rəşadın Vidadinin 2 ay həbsdə olacağını və sonradan çıxacağını dedi. Bununla bağlı Gülnarla da əlaqə saxladım. O da Rəşadın dediiynə görə Vidadini 2 aya həbsdən buraxılacağını bildirdi. Lakin indiyə qədər Vidadi həbsdən azad edilməyib”.
Rəşad 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Oxşar Xəbərlər
Azərbaycanda deputatın qardaşı oğluna cinayət işi açıldı – Dələduzluq
FHN-in sabiq şöbə müdiri məhkəmə zalında həbs edildi
Şəmkirdə keçmiş vəzifəli şəxs 7 nəfərin 40 min manatını ələ keçirib
Vətəndaşların 165 min manat pulunu mənimsəyən şəxs həbs olunub
Xəbər lenti
Ət qiymətləri rekord səviyyəyə çatdı
Bakıda orta aylıq əməkhaqqı artıb
Bayramov Dauti ilə görüşdü
Südün təhlükəsi ÜZƏ ÇIXDI - Ölüm XƏBƏRDARLIĞI
"Qudalar agentliyi" su sistemini necə çökdürür:
şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər
Rəqsanənin ərinə də cinayət işi açıldı -
Ölkədən çıxa bilməz
Perinatal mərkəzlə bağlı şok ifadələr...
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Azərbaycanda nə qədər adam sosial müavinət alır?
Binəqədi İcra Hakimiyyətinin mühəndisi milyonçu imiş -
Sənəd
Ali Məhkəmə əsassız tikinti məsələsinə izah verdi
"Sədərək"də yanğın: 13 nəfər tüstüdən zəhərləndi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir
Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi
Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz
Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik
Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir
Beyləqan idmançılarının, ugur qazanmasında böyük payı olan Əziz Əzizov
Bakıda ən ucuz kirayə evlər bu ərazidədir
"WhatsApp"da zəng etmək üsulu dəyişdi -
BELƏ OLACAQ
Nazir yeni tədris ili üçün ƏMR İMZALADI:
Müddət 30 dəqiqə…
Gürcüstan DTX rəhbəri istefa verdi
Ramil Səfərovun xanımı BDU-dakı işindən ayrıldı
Qarpız qabığının sirri:
Yaponların uzun ömrünün GİZLİ resepti
Qubada dağlıq ərazidə yanğın başladı
Füzulidə yanğın törədən şəxs saxlanıldı
Bu yollar bağlanır
Kürdə balıqlar məhv oldu -
Araşdırma APARILIR
Bazar günü hava necə olacaq?
BDU-ya qəbul olanların qeydiyyatı bu tarixdə başlayacaq
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? –
VİDEO
Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb, pilot ölüb
Xarici agent elan edilən Markovdan AÇIQLAMA
Lənkəranda qadın betonun altında qaldı -
VİDEO
İş masasına həbs qoyulan baş həkim vəzifəsindən gedib -
Borc 200 mini ötüb
Bu ölkələrinin XİN başçıları İsrailin yeni planını pislədi
Əməkdar artist vəfat etdi
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
AYNA daha bir küçəni maşınlara bağlayır -
Hərəkəti qadağan olunur + FOTOLAR
Emin Əmrullayev məktəblərlə bağlı yeni əmr İMZALADI
İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs olundu -
SƏBƏB
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib -
SİYAHI
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Əməliyyat görüntüləri yayılan “həkim” DANIŞDI -
VİDEO
İlham Əliyevin şərəfinə xüsusi kortej -
VİDEO
lham Əliyevin Berdiməhəmmədovla təkbətək görüşü başladı
Aşağı Güzdəkdə boya istehsalı zavodu yanır –
VİDEO
Kolumbiyada terror aktı - ölənlər var
PRİZMA
Buddist it- Xanəmir Telmanoğlu
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
8 avqust- Rusiyanın və İranın ikiqat məğlubiyyəti
SOSİAL
1
2
3
4
5
6
Bakıda orta aylıq əməkhaqqı artıb
Südün təhlükəsi ÜZƏ ÇIXDI - Ölüm XƏBƏRDARLIĞI
Azərbaycanda nə qədər adam sosial müavinət alır?
"Sədərək"də yanğın: 13 nəfər tüstüdən zəhərləndi
Beyləqan idmançılarının, ugur qazanmasında böyük payı olan Əziz Əzizov
Qarpız qabığının sirri:
Yaponların uzun ömrünün GİZLİ resepti