“5 saniyəyə ev alanları” hansı cəza gözləyir?

Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin, 30.03.2022-ci il tarixində güzəştlə satışı zamanı, sistemə müdaxilə səbəbi ilə, Azərbaycan vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu saxlayıb.
Sozcu.info bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.
Fakt sübut olunduğu halda saxlanılan şəxsləri hansı cəza gözləyir?
 
Cinayət Məcəlləsinin 273-cü maddəsi “Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə”ni nəzərdə tutur. 
Qeyd olunan faktla bağlı 273.3.1 həmin cinayət “təkrar törədildikdə”, 273.3.2 isə “qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə” məsuliyyətlərini nəzərdə tutur.
Bu əməlləri törədənləri üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir.


Oxşar Xəbərlər

Xəbər lenti