Psixotrop maddə sərxoşluğu ilə avtomobil idarə edən şəxs həbs edilib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sozcu.info-ya verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini İbrahim Axundovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən İ.Axundovun psixotrop maddədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Axundov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 14 gün müddətində inzibati qaydada həbs edilib.
Qeyd edək ki, həmin şəxslə bağlı eyni hal bir neçə ay əvvəl də aşkarlanıb və həmin vaxt da barəsində qanunamvüafiq qaydada tədbir görülüb.


Oxşar Xəbərlər

Xəbər lenti