Narkotikin təsiri altında yol qəzası törədən şəxs həbs edilib

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edərək qəza törədən şəxs həbs olunub.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, rayon sakini Nurlan Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər ərazisində qəza törədərək hadisə yerindən yayınıb. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ziyan dəyib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Nurlan Qurbanovun olduğu yer müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun narkotik vasitə qəbul etdiyi məlum olub.
Nurlan Qurbanov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və qərara əsasən 30 gün müddətinə inzibati qaydada həbs edilib.


Oxşar Xəbərlər

Xəbər lenti