8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş başçısı, general-mayor Miqran Poqosyan Moskva şəhərində saxlanılıb. O, 9 cinayət maddəsi üzrə Ermənistanda axtarışa verilib.
“Mash” portalının məlumatına görə, məmur dünən günorta saatlarında Tverskaya küçəsində yol polisi tərəfindən saxlanılıb. Onun yanında qaçqın vəsiqəsi olub. Artıq onun saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda Miqranın Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir. Qeyd edək ki, Rusiya tərəfi əvvəllər Poqosyanın vətənə göndərilməsi tələbindən imtina edirdi.
Rusiyada Miqran məhsulların topdan satışı, yük daşımaları, avtomobil icarəsi və lizinqlə məşğul olur.
Poqosyan Ermənistanda digər maddələrlə yanaşı, qanunsuz biznes nəticəsində 1,3 milyon dollar vəsaiti vergidən yayındırmaqda ittiham olunur. Mayın 17-də isə Ekvador meyvələrini idxal edən şirkət tərəfindən respublikaya gətirilən, 250 milyon avro dəyərində bir ton kokain ələ keçirilib. Narkotik maddələr Poqosyana məxsus banan tədarükü şirkəti üçün göndərilibmiş.