8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İl ərzində 14 şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub.
Sozcu.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Samir Həsənovun yeri Livan Respublikasında müəyyən olunub və o, həbs edilib.
Bununla əlaqədar nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Livanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək Livan tərəfi onun təslim edilməsinə müsbət qərar verib.
Livandan birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin Türkiyə vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş ölkə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs noyabrın 28-də nazirliyin Beynəlxalq Əməkdaşlıq İdarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.