Narkotik şəbəkəsi qiyam qaldırdı! Fövqəladə vəziyyət elan edildi

Sozcu.info xəbər verir ki, Fito ləqəbli narkobaron Adolf Masiasın həbsxanadan qaçışı ehtimalından sonra Ekvador Prezidenti Daniel Noboa asayişi təmin eləmək üçün ölkədə fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət 60 gün qüvvədə olacaq. Saat 23.00-dan 06.00-a qədər komendant saatı tətbiq edilir.

Yanvarın 8-də ölkə həbsxanalarında qiyamlar baş verib, müəssisələrin birində 15 mühafizəçi girov götürülüb. Ekvador cinayətkarlığın kəskin artımı dövrünü yaşayır.

“El Universo” nəşrinin yazdığına görə, prezident hökumətin terrorçularla danışıqlar aparmayacağını və asayişi təmin eləmək üçün çalışacağını bəyan edib.



Oxşar Xəbərlər

Xəbər lenti