Bakıda silahlı şəxslərə qarşı ƏMƏLİYYAT: Tutulanlar var - FOTO


Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşlarının  keçirdiyi tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 51 yaşlı Kamran Abuzərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.info-ya verilən xəbərə görə, həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Nəsimi rayon Polis İdasərinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 33 yaşlı Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Eyni zamanda Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının son günlər keçirdiyi tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb.

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}