Xəzər rayonunda korrupsiya həbsləri – MKTB əməkdaşı saxlanıldı

Xəzər rayonunda korrupsiya cinayətlərində iştirak etmiş rayon İcra Hakimiyətinə tabe olan Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşı Sahib Əliyev saxlanılıb.

Sozcu.info xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə Sahib Əliyev rayon ərazisində, əsasən Binə qəsəbəsində yerləşən Atçılıq massivində vətəndaşlardan külli miqdarda pul alaraq tikintilərə icazə verib. Sonradan isə məlum olub ki, həmin ərazilər dövlət əhəmiyətli layihənin gerçəkləşməsi üçün nəzərdə tutulub.

Vətəndaşlar Sahib Əliyevin icazəsi ilə tikinti apardıqları evlərini sənədləşməsini də gerçəkləşdiriblər. Torpaqlar vətəndaşlardan dövlət layihəsinin gerçəkləşməsi üçün geri tələb edildiyi zaman üzə çıxıb ki, tikintilərə Xəzər İcra Hakimiyətinə tabe olan Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşı Sahib Əliyev icazə verib.

Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət olunub və Sahib Əliyev saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən münasibət öyrənməyə çalışdıq. Xidmətdən israrlı zənglərimizə cavab verilmədi.



Oxşar Xəbərlər

Xəbər lenti