Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin – FOTOSU


Xəbər verdiyimiz kimi, ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl külçə keçirmək cinayətinin torədilməsində iştirak edən vəzifəli şəxs həbs edilib.

Sozcu.info  xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluq da ötən gün məlumat yayıb. Qeyd edilib ki, cinayətin törədilməsində iştirak edən şəxsin Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlu olduğu məlum olub.

04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib. (Tribuna info)

Həmin şəxsin fotosunu təqdim edirik:



Oxşar Xəbərlər

Xəbər lenti