Qadın evə kişi geyimində girib 45 min manat oğurladı


Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən 45 min manat pul oğurlayan qadın saxlanılıb.

Musavat.com xəbər verir ki, Babək rayonunda yerləşən evlərin birindən 45 min manat pul oğurlanması barədə polisə məlumat daxil olub. 

Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti