Nəsimi Nəbizadənin tərk etdiyi reabilitasiya mərkəzinə niyə cinayət işi açılıb?

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb. 

Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Baş Prokurorluğunun mətbuat xidmətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, “Qurtuluş” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində aparılıan araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir müddət öncə mərkəzi tərk edib.



Oxşar Xəbərlər

Xəbər lenti