15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejimində yüksək vəzifə tutmuş general-mayor Rətəb Əli Qanemi saxlanılıb.
Sozcu.info Konkret.az-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi Suriyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Qanemi 2010–2014-cü illərdə Suriyanın Hərbi Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Nazirliyin məlumatına görə, o, bu vəzifəyə təyin olunmazdan əvvəl birbaşa Bəşər Əsədin tapşırığı ilə Həsəkə şəhərində Hərbi Təhlükəsizlik İdarəsinə rəhbərlik edib.
İstintaq materiallarına əsasən, Qanemi həmin dövrdə etiraz aksiyalarının zorakılıqla yatırılmasında, dinc əhaliyə qarşı işgəncələrin tətbiqində və digər cinayət xarakterli əməllərdə fəal iştirak edib. Bu hərəkətlərin nəticəsində vətəndaşların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu bildirilir.
Məlumata görə, Əsəd rejimi devrildikdən sonra general-mayor Rətəb Əli Qaneminin YPG/SDF silahlı birləşmələrinə qoşulduğu ehtimal olunur. Hazırda onunla bağlı istintaq tədbirləri davam etdirilir.