Dünən, 23:21
28-01-2026, 11:19
23-01-2026, 21:08
15-01-2026, 21:37
14-01-2026, 11:52
Ağdam rayonunda baş verən ağır ailə münaqişəsi ilə bağlı yeni detallar məlum olub.
Sozcu.info teleqraf-a istinadla bildirir ki, həyat yoldaşı tərəfindən baltalanan qadının qaynanası, hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Salahovun anası Hafizə Salahova baş verənlərə münasibət bildirib.
H.Salahova deyib ki, gəlininin hadisədə heç bir günahı yoxdur. Onun sözlərinə görə, ailə artıq bu vəziyyətdən bezib.
Şübhəlinin anası oğlunun sərt şəkildə cəzalandırılmasını istədiyini də açıqlayıb:
“Ömürlük hökm kəsilsin. Nə qədər həyatı varsa, qoy orada çürüsün. Onun uşaqları yazıqdır, heç olmasa beş gün rahat yaşasınlar”.
Faktla bağlı araşdırma aparılır.