UKRAYNADA AZƏRBAYCANLILAR ATƏŞƏ TUTULUB - Ölən və yaralananlar var

Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.
Bu dəhşətli məlumatı Odessada yaşayan azərbaycanlı Anar Natiqoğlu verib. O, öz sosial şəbəkə hesabında yazıb: "Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!"



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}