Azərbaycanlı generalın oğlu Ukraynada yaralandı - FOTO

Ehtiyatda olan azərbaycanlı generalın Ukrayna ordusunda vuruşan oğlu yaralanıb.
Sozcu.info Oxu.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vəliyev Teymur Fikrət oğlu müqavilə əsasında Ukrayna ordusunun sıralarında yer alır. O, Ukrayna Milli Qvardiyasının polkovnik Pyotr Bolboçan adına üçüncü operativ təyinatlı briqadasında xidmət edir.
O, fevralın 27-də Xarkovun azad edilməsi uğrunda döyüşlərdə yaralanıb.
Qeyd edək ki, Teymur Vəliyevin atası Fikrət Vəliyev də hərbçidir. O, ehtiyatda olan generaldır.




Oxşar Xəbərlər

Xəbər lenti