Azərbaycanda general ona “telepuzik” deyən kəşfiyyatçını məhkəməyə verdi - FOTO

Müdafiə Nazirliyinin general-mayoru Hilal Nəcəfov nazirliyin Kəşfiyyat Baş İdarəsinin ehtiyatda olan mayoru Mansur Məmmədovu məhkəməyə verib.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, general sabiq həmkarını ona böhtan atmaqda günahlandırıb və Cinayət Məcəlləsinin 147.1 (böhtan), 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edib.
Şikayətdə göstərilib ki, M.Məmmədov xəstəliyə görə ehtiyata buraxılıb və bundan sonra özünə məxsus “Facebook” səhifəsində H.Nəcəfov barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb və onu dövlətə xəyanət etməkdə, qatil olmaqda ittiham edib. Bundan başqa şikayətçi göstərib ki, barəsində “eşşək”, “telepuzik general” və s. kimi ifadələrə işlətməklə ona qarşı təhqirlər səsləndirilib.
Binəqədi rayon məhkəməsi şikayəti aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərib.
Qeyd edək ki, Hilal Nəcəfov 2017-ci ildə general-mayor ali rütbəsi alıb. O, həmin il düşmənin diversiya-təxribat qrupunu zərərsizləşdirilməsi və qrupun bir üzvünün ələ keçirilməsində müstəsna rol oynayıb.
Məhkəmədə Mansur Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 6 aydan 3 ilədək həbs cəzası gözləyir.
Fotoda: general-mayor Hilal Nəcəfov
 



Oxşar Xəbərlər

Xəbər lenti