10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Müflis edilən sahibkarın Ziyad Səmədzadəyə qarşı ittihamlarına qızından sərt reaksiya
Tanınmış bəstəkar Aygün Səmədzadə: “Belə çirkin söhbətlərdə adımızın hallanmasına son qoymaq üçün...”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sonuncu iclasda iş üzrə zərərçəkən İbrahim Zeynalovun qanunsuz olaraq həbsə alınması, 7 ay 17 gün saxlamaqla ailəsindən 8 milyon dollar alınması epizodu araşdırılıb.
Bu epizod araşdırılarkən həbsdəki general Mövlam Şıxəliyev ayağa qalxıb, işçisi olmuş, hazırda təqsirləndirilən şəxs statusunda olan Yasin Məmmədova bir neçə sual verib.
Yasin Məmmədov Mövlam Şıxəliyevin “Səni and verirəm Allaha, aç, de. O pul kimə çatıb? Mənim pul söhbətindən xəbərim olub?” sualına o, “O pullar Ziyad Səmədzadəyə çatıb” deyib.
Hakimin dəqiqləşdirici sualına İbrahim Zeynalovun oğlu İlqar Zeynalov isə belə cavab verib: “Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsilə bankdan 3 milyon 500 min manat pul kredit götürülmüşdü. Bu pulla bağlı atamla Ziyad Səmədzadənin arası dəymişdi. Bundan sonra da atamı tutdular, başımıza oyun açdılar. Bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bu gün rayonda vaqonda yaşayırıq. ”Mövlam Şıxəliyev, onun oğlu və Yasin Məmmədov 8 milyondan əlavə 4 hektar torpağı da əlimizdən aldılar".
İbrahim Zeynalov
“Yeni Müsavat”ın əməkdaşı İbrahim Zeynalovun yaşadığı Neftçalanın Kürkənd kəndində onunla görüşüb. Zərərçəkən bildirib ki, onun həbsini Ziyad Səmədzadənin sifariş verdiyini düşünür:
“Ziyad Səmədzadə dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər. Ziyad Səmədzadə deyəndən sonra həmin 3 milyon manatı ayırdılar. İlk vaxtlar kreditdən imtina etmək istədim, düşündüm ki, öz imkanlarımı tam səfərbər edib fabriki quraram. Ziyad Səmədzadənin israrlarından sonra gedib o krediti götürdüm. 10 faizini də qaytarıb Ziyad Səmədzadəyə verdim. Fabrik işə düşəndən sonra Ziyad Səmədzadə gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir. Razılaşmadım, aramızda narazılıq oldu. Dedi ki, sənin başına oyun açacağam. Heç ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifarişlə!”
Zərərçəkən Ziyad Səmədzadənin qızı Aygün Səmədzadənin evini təmir etdirməsini də deyib.Bildirib ki, özünün həbsindən sonra həyat yoldaşı ilə ümumi tanışları olan həkim Ziyad Səmədzadənin evinə gedib. O zaman onları Ziyad Səmədzadənin qızı Aygün Səmədzadə qarşılayıb: “Ziyad Səmədzadə ilə münasibətlərim çox yaxşıydı deyə, evimin içinə gəlib gedirdi deyə, mənim işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim”.
“Yeni Müsavat”ın əməkdaşı ittiham və iddialarla bağlı Milli Məclisin üzvü, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə və qızı Aygün Səmədzadənin münasibətini öyrənməyə çalışıb. Deputat və onun köməkçisi telefon zənglərinə cavab verməyiblər.
Aygün Səmədzadə
Tanınmış bəstəkar Aygün Səmədzadə “Yeni Müsavat”a mövqeyini yazılı şəkildə təqdim edib.
Xahiş edib ki, mövqeyi olduğu kimi dərc edilsin. Aygün Səmədzadənin mövqeyini olduğu kimi nəzərinizə çatdırırıq: “Bu iddialar, yazılar məni narahat etmir desəm, səmimi olmaram. Belə çirkin söhbətlərdə adımızın hallanmasına son qoymaq üçün münasibət bildirirəm və düşünürəm ki, yazını diqqətlə oxuyanlar doğru nəticə çıxaracaqlar.
Hazırda ilboyu yaşadığım evin torpaq sahəsini hamı kimi mən də satın almışam - sənədlə, möhürlə (torpaqların satışına da həmin bu adam vəzifəsinə görə başçılıq edib). 20 sot yer üçün o zaman 2000 manat ödəmişəm (hamı bilir ki, qiymət artımlarından çox-çox əvvəl o ərazilərdə 1 sotun qiyməti 80-100 AZN idi). Mən sənəd baxımından səliqəli bir adam olduğumdan və evin təmirinə özüm rəhbərlik etdiyimdən ən kiçik mismarlardan tutmuş bütün ləvazimatların qaimələrini saxlayıram və təmir üçün getdiyim bütün mağazaların ünvanını belə yadda saxlamışam - yəni mənim evimi kiminsə təmir etməsi ən absurd ifadədir.
“Villa” kimi təqdim olunan evin tikintisinə 2003-cü ildə başlamışam və tam təmirini 2015-ci ildə başa çatdırmışam. Nəzərinizə çatdırım ki, 2005, 2009, 2015-ci illərdə H.Əliyev sarayında 3 konsert vermişəm, konsert xərclərim və gəlirlərim mütəmadi sənədləşdirilib, 5 teatr və 3 film musiqilərindən aldığım qonorarlar da həmin dövrə aiddir, intizamlı vergi ödəyicisiyəm, gəlirlərim şəffafdır və nailiyyətlərim, yaradıcılığım, zəhmətim bahasına özümə, hər halda, bir ev tikmək imkanına malik ola bilərəm.
Bunları ardıcıl qeyd etməkdə məqsədim yaradıcılıq fəaliyyətim və maddi təminatım arasında illər baxımından paralellər aparmanıza yardım etməkdir. Bu arada sənət arenasına təmənnasız çıxardığım 10-larla musiqiçini də yadınıza salmaq istərdim. Ehtiyacım olsaydı bu istedadları da ən məşhur mahnılarımla təmənnasız üzə çıxarmazdım. Kimdənsə kömək gözləməkdənsə, elə mahnıları da pula satardım. Məni burada bir sual maraqlandırır. Əvvəldə qeyd etdiyim kimi, torpağı mən də hamı üçün eyni olan qiymətə almışam. Mənə kimə, nəyə görəsə heç bir güzəşt olmayıb. Bu gün 2000 manat kimlərəsə çox balaca görünə bilər. O zaman normal, mənim üçünsə çox pul idi. Hətta o qədər çox idi ki, qonşuluqdakı 20 sot torpağı da mənə o qiymətə təklif edəndə almağa imkanım olmadı. Tanımadığım, bizim üçün “nələrsə edən”, hətta evin təmirində iştirakını (hətta kənd yollarında hər tin başında satılan ucuz tamet-metlaxı da hədiyyə etdiyini deyən) iddia edən adam, görəsən, “bu qədər əliaçıqlığı ola-ola” torpağı niyə mənə bağışlamayıb, pulla satıb? Və bu qədər var-dövlət sahibi olan vəzifəli adam torpaqları əhaliyə satarkən niyə insanların bir çoxu indiyə qədər sənədsizdir və bildiyim qədər satılan torpaqların pullarının çox hissəsi dövlət büdcəsinə belə keçməyib. Belə olan surətdə adamın həbs səbəbilə məsələləri yanlış istiqamətdə işıqlandırıb, nəzərləri başqa tərəflərə yönəltmək kimlərə lazımdır? Bu, dişi ağrıyan adama mədə əlacı vermək kimi bir şeydir.
2-ci iddia. Guya mən bu adamın bizə gələn qohumlarını qapımdan qovmuşam. Mən mədəni bir evdə böyümüşəm. Qapıma gələn insanları deyil, heç heyvanları da naümid qaytarıb qovmaram.
Təqdimata ehtiyac olmasa da Atam Ziyad Səmədzadə Azərbaycanın böyük alimidir, dünya çapında adı keçən iqtisadçıdır, akademikdir. Həyatını Azərbaycan elminə həsr etmiş, minlərlə gənc mütəxəssis yetişdirmiş ziyalıdır, illər boyu yüksək vəzifələrdə olmuş, Azərbaycanı ali səviyyələrdə təmsil etmiş ictimai xadimdir. Həyatı, təcrübələri, peşəsi və paklığı onu heç zaman heç kimə möhtac etməyib və etməyəcək.
Bunları yazmaqda məqsədim kiməsə hesabat vermək və ya özümüzü təmizə çıxarmaq deyil. Əslində hamı kimin kim olduğunu gözəl bilir".
Qeyd edək ki, bu gün, martın 15-də Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üzrə proses davam etdiriləcək.
Oxşar Xəbərlər
General Mövlam Şixəliyevin məhkəməsinə jurnalistlər buraxılmadı
Mövlam Şixəliyevin cinayət işi məhkəməyə göndərilib
Generalın mülkləri: Həyat yoldaşının, qızının, oğlunun...
“8 milyon dollar Ziyad Səmədzadəyə çatıb”
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…